Suriya ordusu atәşkәsin sona çatdığını açıqlayıb

Suriya ordusu sentyabrın 12-dә qüvvәyә minәn atәşkәsin  sona çatdığını açıqlayıb.

Suriya ordusu atәşkәsin  sona çatdığını açıqlayıb

Suriya ordusu sentyabrın 12-dә qüvvәyә minәn atәşkәsin  sona çatdığını açıqlayıb.

 Ordunun ölkәnin  rәsmi agentliyi SANA-da yer alan açıqlamasında  Qurban Bayramında qarşıdurmaların dayanması ilә bağlı  Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında  әldә olunan  atəşkəsin sona çatdığı qeyd olunub.

Açıqlamada silahlı qrupların  atәşkәsin  müddəalarına sadiq olmadığı irəli sürülüb.

 Müxalifәt qüvvәlәrinin  300 dәfә atәşkәs rejimini pozduğu iddia edilәn açıqlamada rejim qüvvәlәrinin  isә  buna cavab vermәk mәcburiyyәtindә qaldığı irәli sürülüb.

Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyası  isә  ABŞ və Rusiya arasında әldә olunan razılaşma nәticәsindә   sentyabrın 12-dә qüvvәyә minәn  atəşkəs pozuntularına dair yazılı bəyanat verərək, rejim qüvvәlәrinin  bir həftədən çoxdur mülki vətəndaşları hədəf alan yüzlərlə hücum təşkil etdiyini bildirmişdi.

Açıqlamada rejim qüvvәlәrinin atәşkәs rejimini  254 dəfə  pozduğu bildirilib.

 Bu arada xalq  hәlә dә humaniyat yardım gözlәyir.



Әlaqәli Xәbәrlәr