Səudiyyə Ərəbistanının ən böyük neft limanında yanğın oldu

Yanğın nəticəsində 8 nəfər xəsarət aldı.

573870
Səudiyyə Ərəbistanının ən böyük neft limanında yanğın oldu

Səudiyyə Ərəbistanının ən böyük neft limanı olan Ras-Tannurda baş verən yanğın nəticəsində 8 nəfər yaralandı.

Bu barədə “Saudi Aramco” dövlət neft şirkəti məlumat verib.

Məlumatda :“Fövqəladə halların qarşısının alınması üzrə komandalar bu gün səhər Ras-Tannur limanının şimal körpüsündə baş verən yanğını södürməyə müvəffəq olublar.Hadisə şirkətin işinə təsir göstərməyib” deyilir.

Şirkətin məlumatına əsasən, zərər çəkən 2 nəfər "Saudi Aramco"nun əməkdaşıdır, altı yaralı isə yükdaşımaya cəlb edilən fəhlələrdir.

Yanğının səbəbləri araşdırılır.



Әlaqәli Xәbәrlәr