“İndiyədək bizə gerçəkdən dəstək olan ölkə Türkiyədir”, T.Atrak

Suriyadakı Azad Suriya Ordusunun Hələbdəki hərbi hissələrinin komandiri Taha Atrak deyib ki, indiyədək bizə gerçəkdən dəstək olan ölkə Türkiyədir. Biz yanımızda sadəcə Türkiyənin əsgərini istəyirik.

573709
“İndiyədək bizə gerçəkdən dəstək olan ölkə Türkiyədir”, T.Atrak

Suriyadakı Azad Suriya Ordusunun Hələbdəki hərbi hissələrinin komandiri Taha Atrak  terror təşkilatları DAEŞ və PYD-dən ancaq Türkiyə Silahlı Qüvvələrinin əsgərləri ilə çiyin-çiyinə mübarizə apararaq xilas ola biləcəklərini söyləyib.

“Fərat qalxanı” hərbi əməliyyatı ilə terror təşkilatı DAEŞ ilə apardıqları mübarizədə sürətli irəliləyiş olduğunu bildirən Atrak deyib ki, indiyədək bizə gerçəkdən dəstək olan ölkə Türkiyədir. Biz yanımızda sadəcə Türkiyənin əsgərini istəyirik.

ABŞ qırıcılarının terror təşkilatı DAEŞ mövqelərini vurduğunu ancaq quruda Amerika əsgərləri ilə birlikdə savaşmaq istəmədiklərini dilə gətirən Atrak bildirib ki, hal-hazırda Çobanbəydə vəzifəni təhvil aldıq. Amerika əsgərləri bizimlə birlikdə toqquşmaq istədi, ancaq biz istəmədik. PYD-yə dəstək verib, sonra da yanımızda olmalarını istəmirik. İndiyədək bizə gərçəktən dəstək verən ölkə Türkiyədir. Biz yanımızda sadəcə Türkiyə əsgərini istəyirik. ABŞ-ın yanımızda olub, sonra da PYD-yə dəstək verməsinə etimadımız yoxdur.

Türkiyə-Suriya sərhədində heç bir terror təşkilatını istəmədiklərini də söyləyən komandir qeyd edib ki, Suriyada Türkiyəyə qarşı olan heç bir təşkilatı istəmirik. DAEŞ-dən və PYD-dən xilas ola bilsək sonrakı proses bizim üçün daha asan olacaqdır. DAEŞ və PYD-dən ancaq Türkiyənin əsgərləri ilə çin-çiyinə verərək xilas ola bilərik. “Fərat qalxanı” əməliyyatı ilə DAEŞ-in nəzarətindəki ərazilərin 80-i təmizləndi.

DAEŞ-in ən güclü silahının yerləşdirdikləri minalar olduğunu vurğulayan Taha Atrak bu minaların Türk əsgərlərinin dəstəyi ilə təmizləndiyini və fəaliyyətlərin davam etdiyini dilə gətirib.

Çobanbəy kimi DAEŞ-in əlindən alınan bölgələrin tamamilə təmizlənməsi ilə suriyalıların Öncüpınar sərhəd məntəqəsindən girərək evlərinə qayıtmağa ümidlərinin olduğunu bildirən Atrak ordakı xalqın humanitar yardım kimi müxtəlif ehtiyaclarının olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr