Rai bölgəsində üç yaşayış məntəqəsinə nəzarət ələ keçirilib

“Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində Rai bölgəsində üç yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

572603
Rai bölgəsində üç yaşayış məntəqəsinə nəzarət ələ keçirilib

Suriyanın şimalının terror ünsürlərindən təmizlənməsi məqsədilə avqustun 24-də Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyində başladılan “Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində Rai bölgəsində üç yaşayış məntəqəsinə nəzarət ələ keçirilib.

Baş Qərargah Rəisliyi tərəfindən verilən açıqlamada “Fərat qalxanı” əməliyyatının 26-cı günündəki proses haqqında məlumat verilib.

Ötən gün Azəz-Rai bölgələri arasında müxalif ünsürlərdən ibarət beş xüsusi təyinatlı qüvvə qrupu, cənub istiqamətində DAEŞ-ə yönəldilmiş hücumlarını davam etdirib. Hücum nəticəsində Rai bölgəsində Tel Şair, Tall Ar və Kara Kuz məntəqələrinə nəzarət ələ keçirilib.

Toqquşmalar zamanı müxalif ünsürlərdən gün ərzində 7 nəfər şəhid olub, 9 nəfər isə yaralanıb.

Türkiyə Hava Qüvvələrinə məxsus qırıcılar tərəfdindən Tel Arda iki hədəfə iki bomba atılıb və DAEŞ ünsürləri tərəfindən istifadə edilən iki bina məhv edilib.

Koalisiya qüvvələri tərəfindən Baragidah, Gurur və Kadriş bölgələrində aşkarlanan DAEŞ  terrorçularına beş hava hücumu təşkil edilib. Nəticədə 4 terrorçu zərərsizləşdirilib, 5 bina məhv edilib.

Türkiyənin Fövqəladə Hallar İdarəsi AFAD və Qırmızı Aypara Cəmiyyətinin Azad Suriya Ordusu və dinc əhaliyə logistik yardımları isə fasiləsiz davam edir. Bölgədə yaşayan dinc əhalinin zərər görməməsi üçün bütün tədbirlər görülür.



Әlaqәli Xәbәrlәr