Cerablusa dönən suriyalıların sayı çoxaldı

6 ildir davam edən vətəndaş müharibəsi səbəbindən Türkiyəyə pənah gətirən suriyalıların bir hissəsii Qurban Bayramının 3-ci günündə ölkələrinə getmək üçün Qaziantep Valiliyinə müraciət etdilər.

570887
Cerablusa dönən suriyalıların sayı çoxaldı

Ölkələrindəki  vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan və "Fərat Qalxanı" əməliyyatı çərçivəsində terror təşkilatı DEAŞ-dan təmizlənən Cerablusa qayıdan suriyalıların sayı min 900 oldu.
 
 Suriyalılar Qurban Bayramını yaxınları ilə  birlikdə Cerablusda keçirdikləri üçün özlərini xoşbəxt hiss edirlər.
 
 6 ildir davam edən vətəndaş müharibəsi səbəbindən Türkiyəyə pənah gətirən suriyalıların bir hissəsii Qurban Bayramının 3-ci günündə ölkələrinə getmək üçün Qaziantep Valiliyinə müraciət etdilər.
 
Verilən icazələrdən sonra bütövlükdə 1900 insanın qeydiyyat işləri həyata keçirildi.
 
 Əksəriyyəti qadın və uşaqlardan ibarət olan suriyalı ailələr ölkələrinə qayıtdılar. Yanlarına aldıqları əşya və çamadanları ilə Karkamış Gömrük Qapısına gələn suriyalılar təhlükəsizlik nəzarətindən keçirilərək Cerablusa göndərildilər.
 
 Cerablusa getmək istəyənlər lazımi əməliyyatlardan sonra vətənlərinə dönə bilirlər.



Әlaqәli Xәbәrlәr