Fərat Qalxanı hərəkatının 20-ci gününə qədər

Suriyanın Cerablus bölgəsində başlanan Fərat Qalxanı hərəkatı boyu 845 kvadrat kilometrlik sahədə nəzarət ələ alınıb.

569996
Fərat Qalxanı hərəkatının 20-ci gününə qədər

  Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, Türkiyə ordusunun, DAEŞ başda olmaqla, terror təşkilatlarına qarşı davam etdirdiyi Fərat Qalxanı hərəkatının 20-ci gününə qədər 516 hədəf 2223 atəşlə vurulub.

  Sərhəd xəttinin Cerablus və Rai bölgələrində insansız hava aparatlarıyla da arasıkəsilmədən kəşfiyyat, müşahidə və hədəf təsbiti işləri davam edir. Hər an gözlənilən təhlükəli vəziyyətə qarşı Türkiyə orudusuna aid təyyarələr hazır gözləyir.

  Koalisiya Qüvvələri tərəfindən Baragitah olaraq da tanınan Zeytinlik bölgəsində terror təşkilatı DAEŞ-e aid 1 hava mövqeyi və 1 sursat anbarı vurulub.

  Bundan başqa, Fövqəladə və Təcili Yardım Rəhbərliyi və Kızılaya aid qruplarla Azad Suriya Ordusu (OSO) vətəndaşlara yardımlarını fasiləsiz olaraq davam etdirir.



Әlaqәli Xәbәrlәr