Fərat Qalxanı Cerablusa qalxan oldu

Türkiyə Silahlı Qüvvələrinin (TSK) liderliyilə Fərat Qalxanı hərəkatıyla qısa zamanda terror təşkilatı DAEŞ-dən alınan Suriya torpağı Cerablusa elektrik verilməyə başlanıldı

569311
Fərat Qalxanı Cerablusa qalxan oldu

  Cerablus terror təşkilatı DAEŞ-in yaşatdığı acıların izlərini gündəlik həyatdan silməyə yol aldı.

  Uzun müddətdir elektrik olmayan şəhərə ilk elektrik axşam saatlarında verildi. Bura qədər elektrik generatorlarla hissə-hissə təmin edilə bilirdi.

  Aşan elektrik dirəkləri, qopan naqillər Türkiyədən gedən qruplar tərəfindən təmir edildi.

  Və bayram əvvəli Cerablus elektrikə qovuşdu.

  Türkiyə Səhiyyə Nazirliyi də Cerablus şəhər mərkəzində Səhra Xəstəxanasını qurdu.

  Cerablusa açılan Karkamış Gömrük Qapısında dördüncü gündür ki, hərəkətlilik var. Həm Türkiyədən, həm də Suriyadan gələnlərlə birlikdə qəsəbənin əhalisi 20 minə çatıb.

  Türkiyə-Suriya sərhəd xəttində lazımi təhlükəsizlik tədbirləri görülərək Cerablus və Rai bölgəsində kəşfiyyat və müdafiə fəaliyyətləri davam etdirilir.

  Fərat Qalxanı əməliyyatında bu günə qədər 501 hədəfə 2189 atət açılıb, 6 və 41 əl istehsalı partlayıcı taparaq məhv olunub.

  Təhlükəsizlik Qüvvələri, Fövqəladə və Təcili Yardım İdarəsi, Kızılay tibbi yardım qrupu və Azad Suriya Ordusu vətəndaşlara köməyini davam etdirir.



Әlaqәli Xәbәrlәr