"Qafqaz 2016" hərbi təlimini reallaşdırdı

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 10-unda Krımda başa çatan və 12.5 min hərbçinin iştirak etdiyi təlim əsasən Cənub Hərbi Dairəsinin poliqonlarında, Qara dəniz və Xəzər hövzələrində keçirilib

569067
"Qafqaz 2016" hərbi təlimini reallaşdırdı

  Manevrdə döyüş təyyarələri, hərbi gəmilər, tanklar və zenit raketləri istifadə edilib.

  Nəhəng hərbi təlimi Rusiya Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Qerasimov da izləyib. Qerasimov "Qafqaz 2016"nı hərbi manevrlərin "kulminasiya nöqtəsi" adlandırıb.

  Rusiya Müdafiə Nazirliyinin 5 sentyabrda Qara dəniz və Xəzər hövzələrində başladığı "Qafqaz 2016" hərbi təlimi Ukraynanın əks reaksiyasına səbəb olub. Ukrayna Müdafiə Nazirliyi səlahiyyətliləri manevrin ölkələrinə istiqamətli təcavüzkar xüsusiyyət daşıdığını bildirib.



Әlaqәli Xәbәrlәr