İran- Səudiyyə Ərəbistanı qarşıdurması səngimir

Tehran rəhbərliyi də bu il  təhlükəsizlik səbəbiylə vətəndaşlarını müqəddəs torpaqlara göndərməyəcəyini açıqladı.

566457
İran- Səudiyyə Ərəbistanı qarşıdurması səngimir

Həccdə keçən il yaşanan faciə İran ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələri gərginləşdirməyə davam edir.

Hadisə nəticəsində həyatını itirən 2 min 426 insandan 464-nün İran vətəndaşı olduğunu xatırladan dini lider Ayətullah Əli Xameneyi, Ər- Riyad hökumətini hacıları müalicə etmək yerinə konteynerlərdə ölümlə üz-üzə qoymaqda günahlandırdı

Xameneyi:" Ürəyi daş və əli qanlı olan səudiyyəlilər yaralıları, müalicə etmək və su vermək yerinə konteynerlərdə ölümlə üz-üzə qoydular.Onları öldürdülər" dedi.

Tehran rəhbərliyi də bu il  təhlükəsizlik səbəbiylə vətəndaşlarını müqəddəs torpaqlara göndərməyəcəyini açıqladı.

Səudiyyə Ərəbistanı Daxili İşlər naziri Şahzadə Məhəmməd bin Nayif isə, İran rəhbərliyini vətəndaşlarının həcc ziyarətini yerinə yetirmələrinin qarşısını almaqla güahlandırdı.

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, həcc mövsümündə təhlükəsizlik qrupunun müşayəti ilə keçid mərasiminə qatılacaq Şahzadə Məhəmməd, İranın həcc ibadətini siyasiləşdirməyə çalışdığını söylədi.

Həcc ibadətinin məqsədini aşan, təhlükəsizliyinə zərər verəcək hərəkətlərə qarşı qətiyyətlə  mübarizə edəcəklərini vurğulayan Şahzadə Məhəmməd: "İranın, və ya  başqa bir tərəfin həcc ibadətinə kölgə salmasına icazə verməyəcəyik" dedi.
 



Әlaqәli Xәbәrlәr