Hǝrbi sürsat anbarında partlayış olub

İraqın paytaxtı Bağdadda hərbi sursat anbarında partlayış baş verib. Hadisǝ nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

563972
Hǝrbi sürsat  anbarında partlayış olub

Bağdadın şərqində yerlǝşǝn Ubeydi bölgəsində hərbi sursat və silah anbarında baş verǝn partlayışda atǝş alan bir neçə ədəd Katyuşa raket dinç sakinlǝrin yaşadığı kǝndǝ düşüb.

Digǝr tǝrǝfdǝn Bağdadda Şiǝlǝrin 9-cu imamı Məhəmməd əl-Cavadın vǝfatının il dönümü münasibǝtiylǝ Kazımiyyǝ bölgəsindəki türbəsinǝ zǝvvar axını davam etdiyi üçün paytaxtd şǝhǝrin bir neçǝ yerindǝ müvǝqqǝti nəzarət mǝntǝqǝlǝri yaradılıb vǝ Kazımiyyǝ bölgǝsinǝ gedǝn yollar dünən gecədən bəri gediş-gǝlişǝ bağladılıb.



Әlaqәli Xәbәrlәr