'Neft Daşları" yatağında qazılan daha bir quyu istismara verilib

Azərbaycan Xəzərdə "Neft Daşları" yatağında qazılan daha bir quyunu istismara verib

560078
'Neft Daşları" yatağında qazılan daha bir quyu istismara verilib

  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilən açıqlamada "Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyunun qazmadan sonra istismara verildiyi bildirilib.

  2670-2665 metr intervaldan sutkalıq 20 ton neft və 4200 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

  İki mindən çox insanın işlədiyi "Neft Daşları" yatağına nəqliyyat gəmi və helikoterlərlə təmin edilir.



Әlaqәli Xәbәrlәr