Rus tǝyyarǝlǝrinin İrandakı aviabazadan istifadǝsi davam edir

"Rusiya, İranın qərbində yerlǝşǝn Həmədan Şəhid nujen adına aviabazadan istifadə edir": Əli Laricani

557596
Rus tǝyyarǝlǝrinin İrandakı aviabazadan istifadǝsi davam edir

İranın  rəsmi xǝbǝr agentliyi IRNA-nın mǝlumatına görǝ İran Məclis sǝdri Laricani, məclisdə etdiyi çıxışında Rusiyanın Hǝmǝdandakı hərbi aviabazadan istifadǝ etmǝsinǝ dǝstǝk vermǝyǝn 20 millət vəkilin sualına cavabǝn bildirib ki, ölkədəki heç bir aviabaza başqa bir ölkəyə verilməyib. Rǝsmi Tehran və Moskva arasında terrora qarşı mübarizə mövzusunda güçlü ǝmǝkdaşlıq edilir. Bu ǝmǝkdaşlığın bölgədəki müsəlmanların mənfəətinə olduğuna inanıram.

Rus qırıcılarının hal-hazırda İrandakı aviabazadan istifadǝ etdiyini ifadǝ edǝn Laricani, tǝyyarǝlǝr bazadan yalnız yanacaq tǝmin edirlǝr.

İran Xarici işlər nazirliyinin nümayǝndǝsi Bəhram Qasımi ötǝn gün təşkil etdiyi mətbuat konfransında, Rus tǝyyarǝlǝrinin Hǝmǝdandaki aviabazadan istifadə etmǝlǝrinǝ daha icazǝ verilmǝdiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr