Təyyarələr Rusiyanın deyilmiş

Suriya ordu qüvvələri PKK/PYD-yə zərbə endirib, onlarla terroçu öldürülüb

555541
Təyyarələr Rusiyanın deyilmiş

  Suriyanın Türkiyə ilə sərhədində yerləşən Haseki şəhərində Bəşər Əsəd rejimi ilə terror təşkilatı PKK/PYD arasındakı qarşıdurmalar nəticəsində 16 dinc sakin həyatını itirib, onlarla terrorçu ölüb.

  Avqustun 16-dan başlayan qarşıdurmalarda rejim qüvvələri döyüş təyyarələri və ağır artilleriyadan istifadə edir. PYD terrorçularının olduğu Nişvə məhəlləsində bir qərargah, Sabbaq nəzarət məntəqəsi və Əz-Zuhur məhəlləsində silah-sursat saxlanılan mərkəzinin hədəf alındığı hücumda 20-dən çox terrorçu öldürülüb.

  Əsəd ordu qüvvələri terror təşkilatının idarəsində olan yaşayış məntəqələri Vilat, Dulab-Avis, Salihi və Əl-Müftiyə də hücum həyata keçirib. Bombardman nəticəsində həm də 16 dinc sakin həyatını itirib, 34-dən çox yaralı var.

  PKK/PYD terrorçuları isə Güveyran məhəlləsi və şəhərin mərkəzində yerləşən ordu qərargahlarına top və yüngül silahlarla hücum edib.

  Əsəd rejimin itkilərinə dair məlumat verilmir. Bölgə və ətrafından isə minlərlə sakinin etibarlı yerlərə sığındığı bildirilir.

  Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyi Suriyada rejimə aid döyüş təyyarələrinin Hasekidə PYD-nin nəzarətində olan məhəllələri bombalamasından sonra koalisiya təyyarələrinin qorumaq məqsədilə bölgəyə getdiyini açıqlayıb. Pentaqon həmçinin hücum edən rejim təyyarələrin Rusiyaya məxsus olmadığını öyrəndiklərini bildirib.



Әlaqәli Xәbәrlәr