Usame Telcu: "Əsəd rejimi vətəndaşlara qarşı kimyəvi silah tətbiq edərək intiqam alır"

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının üzvü Usame Telcu "Suriya hökuməti 3 ildirr ki, kimyəvi silah və qazdan istifadə edir" dedi.

550204
Usame Telcu: "Əsəd rejimi vətəndaşlara qarşı kimyəvi silah tətbiq edərək intiqam alır"

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının üzvü və Hələb üzrə məsul şəxs Usame Telcu Bəşər Əsəd rejiminin cəbhələrdə böyük zərbə aldığı zaman Hələbin Zibdiye səmtində olduğu kimi, vətəndaşlara qarşı kimyəvi silah və zəhərli qaz istifadə edərək intiqam aldığını söylədi.
 
 Telcu Suriya ordusuna aid hərbi helikopterin dünən Hələbdə müxaliflərin nəzarətindəki Zibdiye şəhərinə tərkibində  xlor qazı olan çən bombasıyla hücum etdiyini bildirərək: "Suriya hökuməti 3 ildirr ki, kimyəvi silah və qazdan istifadə edir" dedi.
 
Telcu: "Əsəd rejimi bu silahdan istifadə edərək beynəlxalq cəmiyyətə quldur bir rejim olduğunu və onunla siyasi həll ədə etmək istiqamətindəki ümidlərin boş olduğunu göstərir" deyə danışdı.
 
 Rejimin hücum faktlarını rəsmiləşdirib Birləşmiş Millətlər Təşkilarına  göndərərək onlardan bu məsələ ilə bağlı addım atmalarını tələb etdiklərini qeyd edən Telcu: "Təəssüf ki, hazırkı siyasi vəziyyət rejimin hesab verməsini təmin etmir, çünki siyasət qanunlardan üstündür. Ancaq  siyasi vəziyyət dəyişəndə rejim başda zəhərli qazdan istifadə etmək olmaqla  bütün cinayətlərinə görə cavab verəcək " ifadələrini işlətdi.
 
 Telcu  sənədlərin, eyni zamanda, Suriyanın Dostları Qrupunun elçilərinə göndərdiklərini və onlarla əlaqəyə keçərək suallarına cavab verdiklərini bildirdi.
 
 Qeyd edək ki, Suriya ordusuna aid hərbi helikopterin Hələbdə müxaliflərin nəzarətindəki Zibdiye səmtinə tərkibində xlor qazı olan barrel bombasıyla etdiyi hücumunda 3 nəfər ölüb, qazdan zəhərlənən 20 nəfər isə səhra xəstəxanasına yerləşdirilib.
 
 



Әlaqәli Xәbәrlәr