Sankt-Peterburqda keçirilən görüş prosesi dünən bu ölkənin mediasında geniş əks-olundu

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüş prosesi dünən bu ölkənin mediasında geniş əks-olundu.

548763

"TASS" xəbər agentliyi iki lider arasındakı mətbuat konfransının detallarını əks etdirdiyi xəbərin başlığında Ərdoğanın Putin üçün söylədiyi “Dostum Vladimir” ifadəsindən istifadə edib.

"İnterfaks" xəbər agəntliyi Ərdoğanın Putini “dostum” olaraq xarakterizə etməsini ön plana çəkərək, əlaqələrin normallaşma prosesinə toxunub.

"Ria" ortaq mətbuat konfransından sonra xəbərini “Türk axını, Çarter və Suriya: Putin və Ərdoğan ortaq hədəfini açıqladı” başlığı ilə çatdırıb.

"Komsomolskaya Pravda"nın internet saytındakı xəbərdə Putin və Ərdoğanın əlaqələri yeniləmək istədiyi bildirilib.

"Rossiskaya Gazeta" ortaq mətbuat konfransından dərhal sonra xəbəri “Putin Ərdoğan ilə keçirdiyi görüşü əhəmiyyətli və konstruktiv olaraq dəyərləndirdi” titrilə oxuculara çatdırıb.

"Sputnik" Ərdoğan və Putinin görüşünü “Sankt-Peterburqda tarixi zirvə” olaraq dəyərləndirib.

Rus dövlət televiziyası "Rossiya 24" isə görüşdən əvvəl və sonrakı prosesi canlı yayımla ictimaiyyətə çatdırıb.

Әlaqәli Xәbәrlәr