"Qardaşlıq belə olur, çətin gündə bilinir", B.Yıldırım

Şimali Kıbrıs Türk Cumhuriyyətinin paytaxtında “Çevirilişə qarşı, demokratiyaya isə dəstək” adlı mitinq keçirilib

546042
"Qardaşlıq belə olur, çətin gündə bilinir", B.Yıldırım
yildirim.jpg
yildirim.jpg

  15 iyul çevrilişə cəhdi qınamaq və Türkiyə xalqına dəstəyini göstərmək məqsədiylə Sarayönü Meydanında təşkil edilən aksiyada Şimali Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Baş naziri Hüseyn Özgürgün, Baş nazir köməkçiləri Serdar Denktaş, Tuğrul Türkeş, cumhuriyyətin 3-cü prezidenti olmuş Derviş Eroğlu, Türkiyənin səfiri Derya Kanbay, həmçinin, xeyli sayda qeyri-hökumət təşkilatlarının nümayəndəsi iştirak edib. 10 mindən çox insanın qoşulduğu mitinqdə Tuğrul Türkeş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakçılara ünvanlanan məktubunu oxuyub: 

  “Tariximizdə ən alçaldıcı, xain və hiyləgərcəsinə çeviriliş cəhdi kimi yer alan hadisə, eyni zamanda, terror aktı və işğala təşəbbüsdür. Xalqın inam və cəsarətiylə sabahına sahib çıxması çevirilişə təşəbbüs edən FETÖ-yə ağır dərs oldu. 15 iyul gecəsi canları bahasına küçələrə, meydanlara çıxan, silahlı dəstələrin, tankların qarşısını kəsən, helikopterlərin güllə yağışından qorxmadan demokratiyasına, milli iradəsinə sahib çıxan bu millət dünyaya nümunədir. Bundan sonra demokratiya, haqq və azadlığın, hüquqi dövlətin necə qorunduğunu görmək və bilmək istəyənlər 15 iyul gecəsində Türkiyədə yaşananlara baxmalıdır. Şimali Kıbrıs Türk Cumhuriyyətindəki qardaşlarımızın ürəkdən və duaları ilə o gecədən bəri yanımızda olduqlarını çox yaxşı bilirik. Ölkəmizin FETÖ ilə mübarizəsində Şimali Kıbrıslı qardaşlarımızın lazımi dəstəyi ən güclü şəkildə verəcəklərinə inanıram. Rəcəb Tayyib Ərdoğan."

  Türkiyə Baş naziri Binəli Yıldırım isə mitinqə video-konfrans vasitəsiylə qoşularaq Kıbrıs xalqına təşəkkürünü bildirib. Baş nazir Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyulda çeviriliş cəhdinin əksinə çevirildiyini, millətin gələcəyinə sahib çıxdığını vurğulayıb: “Xalqın gücü qalib gəlmişdir. Xüsusilə, Şimali Kıbrısdakı qardaşlarımıza biz minnətdarıq. Eyni duyğuları bizimlə paylaşdınız, eyni ağrıları yaşadınız. Hadisənin ilk anından etibarən gözünüz, qulağınız Türkiyədə oldu. Bizə “Nə lazımdırsa, hazırıq” dediniz. Baş nazir - qardaşım Hüseyn bəy Türkiyəyə gəldi və bizimlə həmrəyliyini bölüşdü. Qardaşlıq belə olur, çətin gündə bilinər. Siz də bunu etdiniz. Türkiyə xalqı sizə minnətdardır.”

  Baş nazir onu da vurğulayıb ki, "Türkiyədə siyasi iradəsindən asılı olmayaraq, bayrağına bürünən hər kəs meydanlarda demokratiyasının keşiyindədir. Kıbrısda da eyni vəziyyəti müşahidə etdik. Ayrı yaşasaq da, bayrağımız, dilimiz, dinimiz, millətimiz birdir. Eyni hadisənin Kıbrısda da yaşanma ehtimalı olsaydı, əminliklə deyirəm ki, yanınızda Türkiyə olacaqdı".



Әlaqәli Xәbәrlәr