Yunanıstan “B planı” istəyir

Yunanıstanın Miqrasiya naziri Yannis Muzalas Türkiyənin Avropa İttifaqı ilə mart ayında imzaladığı miqrantlara dair razılaşmadan imtina edəcəyi ehtimalına qarşılıq olaraq “B planı” tələb edib.

543950

Nazir Almaniyanın “Bild” qəzetinə müsahibəsində Avropa İttifaqına müraciət edərək, ölkəsinin narahat olduğunu, belə vəziyyətdə başqa tədbirlərin görülməsinə dair ehtiyaclarını dilə gətirib:

“Afina sözügedən razılaşmanın qüvvədən düşəcəyi təqdirdə xüsusiylə də Türkiyə sahillərinə yaxın adalara yenidən kütləvi miqrant axınının olmasından narahatdır. Buna görə də öhdəliklərinə baxmayaraq qaçqın qəbul etməyən Avropa İttifaqına üzv ölkələrə də səslənirik. Mühacirlər balanslı bir şəkildə bəzi ölkələrlə yanaşı, bütün Avropa ölkələrinə yerləşdirilməlidir.”

Xatırladaq ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının oktyabr ayınadək Türkiyə vətəndaşlarına sərbəst viza verilməsini yerinə yetirməyəcəyi təqdirdə miqrantlara dair razılaşmanın qüvvədən düşəcəyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr