Suriyada şiddətli qarşıdurmalar davam edir

Suriyanın Hələb şəhərində Fəth Ordusunun (Ceyş əl-Fəth) mühasirəni yarmaq üçün başlatdığı əməliyyat zamanı yaranan qarşıdurmalarda rejimin 25 əsgəri ölüb.

542861
Suriyada şiddətli qarşıdurmalar davam edir

Suriyanın Hələb şəhərində Fəth Ordusunun (Ceyş əl-Fəth) mühasirəni yarmaq üçün başlatdığı əməliyyat zamanı yaranan qarşıdurmalarda rejimin 25 əsgəri ölüb.

“Hələb mühasirəsini yarmaq” adlı əməliyyatda Əsəd qüvvələri Şırfə kəndi və əl-Mahrukta təpəsinə nəzarəti itirib.

Müxalifətçilər şəhərin cənubundakı topçu məktəbi yaxınlığında rejim qüvvələrinin qərargah kimi istifadə etdiyi soyuducu zavodunu da ələ keçirib. Ölkənin Cənubdakı qarşıdurmalarda isə müxalifət qüvvələri bir tank və bir hərbi texnikanı məhv edib.

Fəth Ordusu ötən gün Hələbin cənubunda apardığı əməliyyatda 1 kənd, 4 təpə, 3 tank ələ keçirmiş, şəhərin cənubundakı qarşıdurmalarda isə  Əsəd rejiminin 56 əsgərini öldürmüş, 2 tank və üzərində pulemyot olan 16 texniki vasitəni məhv etmişdi.

Qeyd edək ki, rejim qüvvələri ötən ay şəhərin şimalındakı müxaliflərin tək çıxış nöqtəsi olan Kastillo yoluna nəzarəti ələ keçirmişdi. Buna görə də müxalif bölgələr mühasirə altında idi.

Digər tərəfdən, Suriya ordusuna məxsus bir hərbi vertolyotdan İdlib Serakib qəsəbəsinə tərkibi "xlor qazı'' olan barrel bombası atılıb. Nəticədə 10 nəfərin qazlardan zəhərləndiyi bildirilir. Görmə məhdudiyyəti, qaytarmaq və nəfəs çatışmazlığı kimi narahatlıqları olanlar səhra xəstəxanasında müalicəyə alınıb.



Әlaqәli Xәbәrlәr