Rus Mİ-8 tipli  vertolyot vurulub

Suriyanın şimal-şərq bölgǝsindǝ yerlǝşǝn İdlib şǝhǝrindǝ Rusiya hava qüvvələrinə mǝxsus Mi-8 tipli vertolyot, yerdən atəş açılaraq vurulub.

542403
Rus Mİ-8 tipli  vertolyot vurulub

Rusiya Müdafiə Nazirliyindən mövzu ilǝ bağlı verilǝn açıqlamada bildirilib ki, “Bir Avqustda, İdlib şǝhǝrindǝ, Hǝlǝbǝ hümanitar yardım çatdırdıqdan sonra Hmeymim hava bazasına qayıdan Mi-8 tipli vertolyotumuz yerdən açılan atəş nəticəsində vurulub”.

Açıqlamada, vertolyotda üç ekipaj və Suriyadakı atəşkəsi izleme mərkəzinǝ mǝnsub iki əsgərin olduğu, hadisǝdǝn sonra onların hǝyatda olub olmadıqlarının araşdırıldığı bildirilib. Yerli mǝnbǝlǝr vurulan helikopterdǝki ekipajın öldüyünü irǝli sürǝrkǝn, Suriya rejimi hələlik açıqlama vermǝyib.



Әlaqәli Xәbәrlәr