Rus qırıcıları Suriyanı bombalamağa davam edir

Rusiyaya məxsus döyüş təyarələrinin bu dəfəki hücumu 6 insanın həyatına son qoydu.

541217
Rus qırıcıları Suriyanı bombalamağa davam edir

Suriyada Rusiya ordusuna aid döyüş təyyarələrinin Hələbin qərbindəki İbin bölgəsində yaşayış sahəsinə təşkil etdiyi hücum nəticəsində 6 nəfər həlak oldu.
  
 Hücum zamanı çox sayda ev və iş yerlərinə də böyük zərər dəydi.
 
 Rus təyyarələrinin dünən Etarib rayonuna hücumu nəticəsində 22 nəfər ölmüş, 50 nəfər yaralanmışdı.
 
 Suriya dövlət televiziyası  Hələb bombalanmaya davam edərkən onlarla ailənin şəhəri tərk etdiyini bildirdi.
 
 Rusiya Müdafiə Nazirliyi vətəndaşların şəhərdən ayrılması üçün üç dəhliz yaradılacağını açıqlamış və Birləşmiş Millətlər Təşkilatı buna reaksiya göstərmişdi.
 
 Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura məsələ ilə əlaqədar: " Humanitar dəhlizin açılması Birləşmiş Millətlər Təşkilatının  işidir" ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr