Mustafa Akıncı ilə Nikos Anastasiadis yenidən bir araya gəlib

Şimali Kıbrıs  Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə Cənubi Kıbrıs  lideri Nikos Anastasiadis yenidən bir araya gəlib.

540594
Mustafa Akıncı ilə Nikos Anastasiadis yenidən bir araya gəlib

 Birləşmiş Millətlər Təşkilatının nəzarətindəki neytral  bölgədə baş tutan  liderlər görüşü təxminən 3 saat davam edib.

Prezident Mustafa Akıncı  görüşdən sonra verdiyi açıqlamada  müzakirələrdə əhəmiyyətli yaxınlaşmalar təmin etdiklərini söylədi.

 Akıncı  görüş zamanı bu günə qədər heç müzakirә olunmamış  torpaq və təhlükəsizlik məsələlərinin müzakirә olunduğunu bildirib.

Akıncı avqust vә sentyabr aylarındakı  görüşlәri  müәyyәnlәşdirdiklәrini qeyd edәrәk iki ayda 7 dәfә liderlәr görüşünün olacağını deyib.

 Akıncı növbәli  sədrlik məsələsində hələ də fikir ayrılığının davam etdiyini bildirib.

 Ancaq məsələnin Şimali Kıbrıs  Türk Respublikası üçün böyük əhəmiyyət  kәsp etdiyini  bunun da Rum tərəfindən anlaşıldığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr