ABŞ-a məxsus döyüş təyyarələri Hələbdə yaşayış məntəqəsini bombalayıb

Suriyanın Hələb şəhərində ABŞ koalisiyasına məxsus döyüş təyyarələrinin Cerablus qəsəbəsində bazar və yaşayış məntəqəsini bombalaması nəticəsində 30 dinc sakin həyatını itirib, 70-dən çox yaralı var.

540047

Rusiya və Əsəd rejimi isə Hələbdə yaşayanların humanitar yardımla təmin olunmasına dair razılığa gəlib. Rusiyanın Müdafiə naziri mühasirədə olan şəhərə 3 müxtəlif humanitar dəhliz açacaqlarını və şəhəri həmin istiqamətdən tərk edənlərin qida və dərman preparatları ilə təmin olunacağını bildirib.

Suriya dövlət başçısı Bəşər Əsəd isə Hələbdə orduya qarşı döyüşən qruplara müraciət edərək deyib ki, əsirləri sərbəst buraxanlar cəzalandırılmayacaq.

ABŞ səlahiyyətliləri isə yalnız vətəndaşların azad edilməsinin vacibliyini bildirib. Onlara görə atılacaq bu adddım terroristlərin də azadlığına yol aça bilər.

Qeyd edək ki, hazırda Suriya ordusunun mühasirəsində olan Hələbdə təxminən 300 min insan yaşayır.

Bu arada Suriyada terror təşkilatı PKK-nın davamı PYD ilə ortaq hərəkət edən Əsəd qüvvələri Hələbdə müxalifətin nəzarətində olan Əşrəfiyə və Bəni-Zeyd bölgələrini ələ keçirib.

Әlaqәli Xәbәrlәr