DAEŞ-in bir qrup üzvü Türkiyəyə keçməyə cəhd göstərib

Qaziantepin Karkamış rayonunda Suriya sərhədində vəzifələrini yerinə yetirən təhlükəsizlik qüvvələrinə DAEŞ terrorçuları ağır sılahlardan atəş açıb.

539167

Bölgədəki təhlükəsizlik güvvələrinin məlumatına görə DAEŞ-in Türkiyəyə hədəflənən hücumlarının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədiylə aparılan əməliyyatlarda Karkamışın Buruq məhəlləsi yaxınlığında Suriya tərəfdən ölkəyə qeyri-qanuni yolla daxil olmağa cəhd göstərən bir qrup təsbit edilib.

Təhlükəsizlik qüvvələri qrupa “dayan” xəbərdarlığını edib. Lakin bundan sonra DAEŞ üzvləri atəş açmağa başlayıb. Cavab atəşi isə qarşıdurmalara səbəb olub.

Təxminən 30 dəqiqə davam edən atışmalarda ölən və ya yaralının olduğuna dair məlumat yoxdur.

Әlaqәli Xәbәrlәr