Hələbin qərbində bombardman nəticəsində 4-ü uşaq olmaqla 19 dinc sakin ölüb

Xeyli sayda yaralı var və onların səhra xəstəxanalarına yerləşdirildiyi bildirilir.

526769
Hələbin qərbində bombardman nəticəsində 4-ü uşaq olmaqla 19 dinc sakin ölüb

Rusiya ordusuna aid döyüş təyyarələrinin Hələbin qərbində yerləşən İbyin yaşayış məntəqəsinə endirdiyi bombalar nəticəsində 4-ü uşaq olmaqla 19 dinc sakin ölüb.

Xeyli sayda yaralı var və onların səhra xəstəxanalarına yerləşdirildiyi bildirilir. Məlumatlara görə bombardman nəticəsində evlərin əksəriyyəti yararsız hala düşüb. Bundan başqa Rusiyaya məxsus döyüş təyyarələrinin Hələb şəhərinin Kafri-Hamra, Anadan və Hreytan məntəqələrini də bombaladığı deyilir. Yaralananlar var.



Әlaqәli Xәbәrlәr