Terror təşkilatı PKK-nın liderlərindən biri öldürüldü

PKK terror təşkilatının liderlərindən biri - "Bahoz Erdal" kod adlı Fehman Hüseyn Suriyada öldürülüb.

526303
Terror təşkilatı PKK-nın liderlərindən biri öldürüldü

  PKK terror təşkilatının rəhbərlərindən biri, daha çox Bahoz Ərdal ləqəbi ilə tanınan Fəhman Hüseyn öldürülüb.

  Suriyanın “Təl Hamiz” müxalifət qruplaşmasının nümayəndəsi Xalid əl Hasekavinin açıqlamasına əsasən, Suriya ərazisində içərisində Fəhman Hüseynin də olduğu avtomobil partladılıb.

  Terrorçu Himo bölgəsindən Kamışlıya gedərkən hədəfə alınıb. İçində Fəhman Hüseynin də olduğu avtomobilin partladılması nəticəsində onunla birlikdə 8 terrorçu da məhv edilib.  



Әlaqәli Xәbәrlәr