Bahoz Erdal ləqəbli terrorçu Fəhman Hüseyn məhv edildi

Fehman Hüseyn maşınıyla dünən axşam 20.30-da Suriyanın Himo bölgəsindən Kamışlıya gedərkən hədəfə alınıb, hava zərbəsi endirilib və PKK başçısı da daxil olmaqla 8 nəfər ölüb

526324
Bahoz Erdal ləqəbli terrorçu Fəhman Hüseyn məhv edildi

  Terror təşkilatı PKK-nın başçılarından olan, Bahoz Erdal ləqəbilə tanınan Fəhman Hüseyn Suriyada hava zərbəsi nəticəsində öldürülüb.

  Anadolu Agentliyinin xəbərinə görə, Suriyada rejimə qarşı döyüşən Tel Hamis müxalifət qruplaşmasının nümayəndəsi Xalid Əl Hasekavi terror təşkilatı PKK-nın yüksək səviyyəli məsullarından Fehman Hüseynin öz avtobilində partladılaraq öldürüldüyü məlumatını verib.

  Məlumata görə, Fehman Hüseyn maşınıyla dünən axşam 20.30-da Suriyanın Himo bölgəsindən Kamışlıya gedərkən hədəfə alınıb, hava zərbəsi endirilib və PKK başçısı da daxil olmaqla 8 nəfər ölüb.

  Bu hadisəni Suriyanın Tel Hamis müxalifətinin nümayəndəsi Xalid Əl Hasekavi Suriya və Türkiyə xalqına müjdə olaraq dəyərləndiirb və deyib: “Terror təşkilatı PKK Suriya torpaqlarında da işğalçı sayılır. Bu əməliyyatı Suriya şəhidlərinə, veteranlarına, zindanlarında işgəncə altında olan şərəfli suriyalılara və xalqına hədiyyə edirik."

  Qeyd edək ki, Bahoz Erdal ləqəbli Fəhman Hüseyn bir çox qanlı hərəkatların planlayıcısı idi. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan terrorçular siyahısının qırmızı kateqoriyasında yer alırdı.

  Türkiyənin Baş nazir müavini Veysi Kaynak PKK-nın baş rol aktyorlarından biri olan Bahoz Erdalın partladılaraq öldürüldüyü xəbərini təsdiqləyib və “Türkiyə terrorun hər cür növüylə mübarizəni qətiyyətlə davam etdirir”, - deyib.



Әlaqәli Xәbәrlәr