Köməyə vaxtında yetişilməzsə, daha çox itki olacaq

Hələbdə 300 min insan kömək gözləyir

525877
Köməyə vaxtında yetişilməzsə, daha çox itki olacaq

  Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Koordinasiyası Şurası Suriyanın Hələb şəhərində bombardmanlar nəticəsində 300 min nəfərin çıxılmaz vəziyyətə düşdüyünü bildirib. Bu barədə BMT baş katibinin sözçüsü Farhan Haq məlumat verib. Onun sözlərinə görə, son həftələr tərəflər arasında Hələbdə və şəhərə yaxın ərazilərdə şiddətli qarşıdurmalar gedir. Havadan hücumlar nəticəsində xeyli sayda insan həyatını itirib, yaralananlar var. BMT rəsmisi vurğulayıb ki, "Köməyə ehtiyacı olan minlərlə insanın imdadına yetişilmyəcəyi təqdirdə daha çox itkilərin şahidi olacağıq".



Әlaqәli Xәbәrlәr