Yunanıstan limanını Çinə satdı

Yunanıstan parlamenti ölkənin ən böyük limanı olan Pireyin (Pire) çox hissəsinin Çinin “Cosco Group Limited” firmasına satılaraq özəlləşdirilməsini ehtiva edən müqaviləni təsdiqləyib

522289
Yunanıstan limanını Çinə satdı

   Liman işçilərinin böyük narazılığına, həftələr sürən tətil və nümayişlərinə səbəb olan razılaşma 300 nəfərlik Yunanıstan Məclisindən 223 səslə qəbul edilib.

  Səsvermədə hökumət tərəfdarları Siriza (SYRIZA) və Müstəqil Yunanlar Partiyası (ANEL) ilə yanaşı müxalifətdən Yeni Demokratiya, Pasok, “Potami ke i Enosi Kentroon” (Çaylar və Mərkəz Birliyi) də razılaşma lehinə səs veriblər.

  Kommunist və Hrisi Avgi (Qızıl Şəfəq) partiyaları isə razılaşmanı təsdiqləməyib.

  Razılaşmaya görə, “Cosco” şirkəti ölkənin turizm və nəqliyyat baxımından mərkəzi olan limanın 67 faizlik hissəsi üçün 368,5 milyon avro ödəməyəcək.



Әlaqәli Xәbәrlәr