Türkiyə-Rusiya əlaqələri normallaşma mərhələsinə keçdi

Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyəyə tarifsiz səfərlərin yenidən başlayacağını açıqlayıb.

521917
Türkiyə-Rusiya əlaqələri normallaşma mərhələsinə keçdi

Rusiyanın Nəqliyyat Nazirliyi Türkiyəyə tarifsiz səfərlərin yenidən başlayacağını açıqlayıb. Açıqlamadan sonra ölkə prezidenti Vladimir Putin Türkiyəyə qarşı tur satışı və tarifsiz uçuşlara dair sanksiyaların iyunun 30-dan etibarən aradan qaldırılmasına dair sərəncam imzaladı.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində danışıqların başlanılmasına dair qərar qəbul edilib.

Bildirlir ki, 2015-ci ilin noyabrında Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətlərin ləğvi barədə imzalanan fərmanın icrası istiqamətində işlər sürətləndirilib. Həyata keçirilən işlər daha çox Türkiyənin turizm şirkətlərinin sevincinə səbəb olub.



Әlaqәli Xәbәrlәr