ATƏT-in Minsk Qrupu birgə bəyanat yaydı

ATƏT-in Minsk Qrupu Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda missiyanın genişləndirilməsinə mane olmamağa çağırdı.

518093
ATƏT-in Minsk Qrupu birgə bəyanat yaydı

 ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov, Amerika Birləşmiş Ştatlarından olan həmsədri James Warlick və Fransa həmsədri Pierre Andrieunun yaydıqları birgə bəyanatda:  "Azərbaycan və Ermənistanı ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzykin missiyasının genişləndirilməsi ilə əlaqədar bütün maneələri aradan qaldırmağa çağırırıq" deyilir.
 
 Danışıqlarda irəliləyiş əldə olunması üçün də çağırışın olduğu bəyanatda ATƏT araşdırma mexanizmlərinin dövrəyə daxil edilməsi təklif olunur.
 
Həmsədrlər  bəyanatda Vyana və Sankt Peterburq sənədlərində əks olunan anlaşmalara hörmətlə yanaşılmanın zəruriliyini qeyd edirlər.



Әlaqәli Xәbәrlәr