“Yığıncağın ǝsaslarına uyğun olmasa da Türkiyǝ XİN başçısı ilǝ görüşǝ hazırıq”,V.Nebenzya

Rusiya xarici işlǝr nazirinin müavini Vailiy Nebenzya Türkiyǝni Qaradǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının yığıncağına dǝvǝt etdiklǝrini açıqlayıb.

517373

İyulun 1-dǝ Soçidǝ baş tutacaq yığıncağa Türkiyǝ vǝ Ukraynanın xarici işlǝr nazirlǝrinin qatılmasını gözlǝdiklǝrini bildirǝn Nebenzya hǝlǝ cavab ala bilmǝdiklǝrini söylǝyib.

Nazir müavini yığıncağın ǝsaslarına görǝ ikitǝrǝfli görüşlǝr keçirilmǝdiyini ancaq Türkiyǝnin xarici işlǝr naziri Mövlud Çavuşoğlu ilǝ görüş keçirmǝyǝ hazır olduqlarını bildirib.

Rusiya Xarici İşlǝr Nazirliyinin sözçüsü Mariya Zaharova da Türkiyǝ XİN başçısını Qaradǝniz İqtisadi Әmǝkdaşlıq Tǝşkilatının toplantısına dǝvǝt etmǝsinin Rusiyanın tǝşkilatçı ölkǝ kimi vǝzifǝsi olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr