Mədəniyyət və Turizm naziri Nabi Avcı  Şimali Kıbrıs  Türk Cümhuriyyətinә sәfәr edib

Mədəniyyət və Turizm naziri Nabi Avcı  Şimali Kıbrıs  Türk Cümhuriyyətində görüşlәr keçirib.

515913
Mədəniyyət və Turizm naziri Nabi Avcı  Şimali Kıbrıs  Türk Cümhuriyyətinә sәfәr edib

Nazir Avcı   görüşlәri  çərçivəsində ilk olaraq prezident Mustafa Akıncı tərəfindən Prezident Sarayında qəbul edilib.

Qəbulda Türkiyənin Lefkoşadakı səfiri Dərya Kanbay, Şimali Kıbrısın Turizm və Ekologiya naziri Fikri Ataoğlu, Prezident Aparatının  müşaviri Gürdal Hüdaoğlu və digәr rәsmilәr iştirak ediblər.

Nazir Avcı  daha sonra Respublika Məclisinin sədri Sibel Siber ilə bir araya gəlib.

 Avcı  verdiyi  açıqlamada, Şimali Kıbrısda  olmaqdan məmnun olduğunu  vә turizm Naziri kimi ilk rəsmi səfərlərini Kıbrısa  etdiklərini söyləyib.

Səfəri çərçivəsində Şimali Kıbrıs  və Türkiyə arasında birgə fəaliyyət planı hazırladıqlarını bildirən Avcı  iki ölkə arasında mədəniyyət və turizm sahəsində  əməkdaşlıq mәsәlәlәrini  müzakirә  edәcәklәrini qeyd edib.

Məclis sədri Siber də Avcıya  nazirliyinin xeyirli olmasını diləyərək iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın son dərəcə əhəmiyyətli olduğunu vurğulayaraq Kıbrısın turizm adası olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr