İordaniya-Suriya sərhədində terror aktı törǝdilib

İordaniya-Suriya sərhədində bomba ilǝ tǝchiz edilmiş avtomobilin partladılması nəticəsində 6 nəfər hǝyatını itirib, 14 nəfər yaralanıb.

515382
İordaniya-Suriya sərhədində  terror aktı törǝdilib

İordaniya ordu nümayǝndǝsi verdiyi açıqlamada: “Səhər radǝlǝrindǝ sərhəd bölgəmizdə hǝyata keçirilǝn xain hücum nəticəsində 4-ü sərhəd mühafizǝ qüvvǝsinǝ mǝnsub olmaqla, 6 nǝfǝr hǝyatını  itirib. 14 hǝrbçi isǝ xǝsarǝt alıb. Belǝ xain hücumlar qarşısında ordumuzun terror vǝ terrorçulara qarşı mübarizǝ ǝzmi güclǝnǝrǝk davam edǝcǝkdir”.

İordaniya rəsmi televiziya kanalı isǝ da Suriya sərhədində yerlǝşǝn Rukban təhlükəsizlik mǝntǝqǝsindǝ bomba yüklü bir avtomobilin partladıldığını, hadisǝdǝ  ölən və yaralananlar olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr