“Mən Rusiyanın liderliyinə güvənirəm” sözləri reaksiyaya səbəb oldu

BMT Baş katibi Ban Ki Munun Sankt Peterburqda: "BMT-nin qurucu üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Rusiyanın çox əhəmiyyətli rolu var və mən Rusiyanın liderliyinə güvənirəm" ifadələri Ukraynanın reaksiyasına səbəb olub

512596
“Mən Rusiyanın liderliyinə güvənirəm” sözləri reaksiyaya səbəb oldu

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Munun Rusiya görüşləri çərçivəsində Sankt Peterburqda təşkil edilən Beynəlxalq İqtisadi Forumda etdiyi çıxışında "BMT-nin qurucu üzvü və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Rusiyanın çox əhəmiyyətli rolu var və mən Rusiyanın liderliyinə güvənirəm" ifadələri Ukraynanın reaksiyasına səbəb olub.

  Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko BMT-də təşkil etdiyi mətbuat konfransında Baş katibin Ukraynada Rusiya tərəfdarlarını dəstəkləyərək Rusiyanı tərifləməsinə məna verə bilmədiyini söyləyib, "Bundan sonra Baş katibin Ukrayna-Rusiya münaqişəsində söz söyləmə haqqı yoxdur”, - deyən Yelçenko mövzuyla bağlı ölkəsinin fikirlərini ehtiva edən məktubu da BMT-yə təqdim edəcəklərini bildirib.

  BMT Baş katibinin sözçüsü Stefan Dujarris isə Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq problemlərdə mühüm rolu olduğunu vurğulayaraq sözlərini geri götürməyəcəklərini söyləyib.

  Bununla Ban Ki Mun 10 illik Baş katib vəzifəsi boyu son 1 ildə üçüncü dəfədir ki, Ukraynanın ağır reaksiyası ilə qarşılaşır.



Әlaqәli Xәbәrlәr