PJAK-a ağır zǝrbǝ endirilib

İran terror qruplaşması PJAK-a qarşı mübarizǝ edir

509926
PJAK-a ağır zǝrbǝ  endirilib

İranın Sərdəşt şəhərindǝ ordu birlǝşmǝlǝriylǝ terror tǝşkilatı PKK-nın İrandakı qruplaşması PJAK arasında baş verǝn qarşıdurmada 5 terrorist hǝyatını itirib. İran İnqilab Mühafizlǝri Quru qüvvələri Komandiri Məhəmməd Pakpur, İraq sərhədinin yaxınındakı bölgǝdǝ mǝhv edilǝn terrorçuların ötǝn aylarda 2 İnqilab mühafizi ilǝ bir mühəndisin hǝyatını itirmǝsinǝ sǝbǝb olan cinayǝtkarlar olduqlarını bildirib.

Öldürülən terroristlərdən birinin təşkilatın bölgə üzrǝ lideri olduğunu ifadə edən Pakpur, qarşıdurmada neçǝ ǝsgǝrin hǝyatını itirdiyi haqda mǝlumat vermǝyib.

Qeyd edǝk ki, PKK-nın İrandakı qruplaşması olan PJAK, İranın Türkiyə və İraq sərhəd bölgələrində terror fəaliyyətləri aparır.



Әlaqәli Xәbәrlәr