Yenə İran əsilli kanadalı qadın araşdırmaçı tutuldu

Homa Hudfer “İran İslam Respublikasına qarşı xarici bir dövlətlə əməkdaşlıq etmək” ittihamı ilə İranda həbs olunub

508324
Yenə İran əsilli kanadalı qadın araşdırmaçı tutuldu

  Kanadanın Konkordia Universitetindən təqaüdçü olan iranlı qadın alim Homa Hudfer “İran İslam Respublikasına qarşı xarici bir dövlətlə əməkdaşlıq etmək” ittihamı ilə İranda həbs olunub.

  “İranlı qadınların Milli Məclis seçkisində iştirakı”nı araşdırmaq məqsədiylə ölkəsinə gedən Homa Hudferə sərhəddən çıxış qadağası qoyulub.

  Kanadanın Xarici İşlər naziri Con Baird məsələyə qarışaraq Hudferi müdafiə edəcəklərini söyləyib.

  “İslamda cinsiyyət” mövzusuyla bağlı mütəxəssis olan Homa Hudferin bu barədə çox sayda araşdırma və məqalələri var.

  Qeyd edək ki, İranla Kanada arasındakı əlaqələr 2003-cü ildə Zəhra Kazemi adlı İran əsilli kanadalı bir jurnalistin istintaq zamanı başından vurulan zərbədən ölməsindən bu yana gərgin olaraq qalır.



Әlaqәli Xәbәrlәr