İraq şiə lideri Muktəda Əs-Sədr xalqı üsyana çağırıb

Şiə lideri terror təşkilatı DAEŞ və hökumətdəki korrupsiyaya bulaşan DAEŞ-çilərə qarşı xalqın ayağa qalxmalı olduğunu bildirib

504874
İraq şiə lideri Muktəda Əs-Sədr xalqı üsyana çağırıb

  İraqdakı mövcud vəziyyətin get-gedə pisləşdiyini deyən Muktəda Əs-Sədr qeyd edib ki, tərəfdarlarının aksiyalara qoşulmaması ağır günlərini yaşayan İraqın durumu ilə bağlı məyusluq yaradıb.

  İraqın Baş naziri Heydər Əl-İbadi isə avqustda ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra addımlar atılacağını bəyan edib.

  Qeyd edək ki, Heydər Əl-İbadi İrana yaxınlığı ilə tanınan keçmiş Baş nazir Nuri Əl-Malikini prezident müavini vəzifəsindən çıxarsa də, dövlət qurumlarında baş verən pozuntulara qarşı mübarizədə gecikdiyi üçün tənqidlərə məruz qalır.



Әlaqәli Xәbәrlәr