Natiq Əliyev : "TANAP Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək"

Azərbaycanın Energetika naziri Natiq Əliyev Trans Anadolu Qaz Boru Xəttinin (TANAP) Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcəyini dedi

502942
Natiq Əliyev : "TANAP Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək"

 Əliyev Bakıda keçirilən 23-cü Xəzər Neft və Qaz Konfransında Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələrlə bağlı məlumat verdi.
 
 Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin bir qolu olan və Türkiyə ilə birgə həyata keçiriənTANAP layihəsi barədə danışan Natiq Əliyev: "TANAP regional və Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu üçün böyük əhəmiyyət daşıyır. Bu kəmərlə göndəriləcək əlavə 6 milyard kubmetr qaz Türkiyənin  Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. Bundan başqa, bu qaz rus və İran qazından ucuz olacaq" deydi.
 
 Çox güclü və böyük miqyaslı qaz dəhlizi yaratmağı qarşılarına məqsəd qoyduqlarını dilə gətirən Əliyev gələcəkdə Türkmənistan və Qazaxıstanın da bu kəmərlə öz qazlarını Avropaya daşıya biləcəklərini söylədi.



Әlaqәli Xәbәrlәr