Jan Kubis çağırış edib

Tərəfləri beynəlxalq normalar və insan hüquqlarına riayət etməyə çağıran Kubis Fəllucə şəhərindən çıxmaq istəyən vətəndaşlara bu imkanın verilməsini tələb edib.

498503
Jan Kubis çağırış edib

BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis Fəllucənin azad edilməsi üçün  DEAŞ-a qarşı keçirilən əməliyyatlarda bütün tərəflərdən vətəndaşların və şəhərin infrastrukturunun qorunması üçün lazım olan tədbirləri almasını istəyib.

Tərəfləri beynəlxalq normalar və insan hüquqlarına riayət etməyə çağıran Kubis Fəllucə şəhərindən çıxmaq istəyən vətəndaşlara bu imkanın verilməsini tələb edib.  

BMT İraq Humanitar İşlər koordinatoru Lise Grand da verdiyi açıqlamada şəhərdəki qarşıdurmalardan qaçmaq istəyən vətəndaşların qarşısının alındığını və mayın 22-dən bu zamana qədər şəhərdən yalnız 800 nəfərin çıxdığını bildirib.

Grande bildirib ki, şəhərdə ən azı 50 min nəfər ağır şəraitdə yaşamaq məcburiyyətindədir.

Qeyd edək ki, ordu, polis və digər qüvvələr 2014-cü ildən DEAŞ terror təşkilatının nəzarətində olan Fəllucə şəhərini azad etmək üçün mayın 23-dən əməliyyatlar həyata keçirir. 

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə aid döyüş təyyarələri da əməliyyatlara havadan dəstək verir.  

İraq rəhbərliyi Fəllucədən sonra, Mosulu DEAŞ-dan azad etməyi planlaşdırır. 



Әlaqәli Xәbәrlәr