Suriyada Əsəd rejimi son 10 gündür artırdığı əməliyyatlarda 71 nəfərin həyatına son qoyub

Suriyada Əsəd rejiminin Lazkiyǝ mǝntǝqǝsindǝki Türkmendağı və Cəbəl Ekrad regionlarına istiqamǝtli son 10 gündür artırdığı əməliyyatlarda 71 nəfər həyatını itirib.

497688
Suriyada Əsəd rejimi son 10 gündür artırdığı əməliyyatlarda 71 nəfərin həyatına son qoyub

Suriyada Əsəd rejiminin Lazkiyǝ mǝntǝqǝsindǝki Türkmendağı və Cəbəl Ekrad regionlarına istiqamǝtli son 10 gündür artırdığı əməliyyatlarda 71 nəfər həyatını itirib.

 Yerli mənbələrdən ǝldǝ edilǝn məlumata görə, Əsədə sadiq qoşunlar ölkənin şimal qərbindəki Lazkiye mǝntǝqǝsinǝ istiqamǝtli hücumlarını artırıb.

 Havadan dǝstǝklǝnǝn raket və top hücumları ilǝ yanaşı quruda ǝmǝliyyat da hǝyata keçirən rejim qüvvələri və tǝrǝfdarları arabir bəzi nöqtələri ələ keçirsə də buralara nəzarəti uzun müddət ǝlindǝ tuta bilmir.

 Hücumlarda 17-si Türkmendağında olmaq üzrə cəmi 71 adam həyatını itirərkən, 100-ǝ yaxın insan da yaralanıb.

 Yaralılardan12-sii mütalicǝ olunması mǝqsǝdilǝ Türkiyəyə gǝtirilib.Vəziyyəti ağır olan yaralılardan biri xǝstǝxanada dünyasını dǝyişib.

Yerli mǝnbǝlǝr Et Tüffahiye, Əl Hidade, Kibbane, Kelez, Sarraf və Qaraman kəndlərində intensivləşən münaqişələrdə Əsəd güclərindən biri zabit 4 əsgərin əsir götürüldüyü barǝdǝ məlumat yayıb.

 Əsəd rejiminin 150-yǝ yaxın əsgərinin həyatını itirdiyi bildirildikdǝ bir sıra ağır silah və hərbi texnikanın da müxaliflər tərəfindən məhv edildiyi bildirilib.

Bu arada havadan Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiya qüvvǝlǝrinin, qurudan isǝ terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD-nin başda olduğu silahlı qrupların DAİŞ-in nəzarətindəki Rakkadakı ǝmǝliyyatı bölgədə böyük bir köç hərəkatına səbəb olub.

Yerli mənbələrdən əldə edilən məlumatlara görə, bir milyondan artıq əhaliyə malik Rakkadakı yüz minlərlə insan evlərini tərk edərək, qismən etibarlı gördükləri Hələbin şimalında Bab, Münbiç, Cerablus və Çobanbey istiqamǝtindǝ yola çıxdı.

 Hələbin şimalına gǝlmǝyǝ cǝhd göstǝrǝnlǝr Tabka bəndindəki körpü üzərindən Fərat Çayının qərbinə keçir. Xalqın yanlarında əşya aparmasına imkan verməyən DAİŞ-in şimala yönələn kütlələrin müxaliflərin nəzarətindəki əraziyə keçməsinə icazə verib verməyəcəyi isǝ mǝlum deyil.

Rakkadaki yerli mǝnbǝlǝr koalisiya qüvvələrinin əməliyyatına qarşı DAİŞ-in şəhərdə hazırlıq gördüyünü bildirərək, Rakkadan Hələbin Azez rayonunun (DAİŞ-in nəzarətindəki) Halfetli kəndinə gǝlǝnlǝrin sayının 4 minə çatdığını, bu rǝqǝmin artacağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr