Hindistan İran ilǝ ǝlaqǝlǝrindǝ yeni addımlar atır

Hindistanın  baş naziri Narenda Modi İran prezidenti Hǝsǝn Ruhaninin dǝvǝtilǝ Tehrana sǝfǝr edib.

495819
Hindistan İran ilǝ ǝlaqǝlǝrindǝ yeni addımlar atır

Hindistanın  baş naziri Narenda Modi İran prezidenti Hǝsǝn Ruhaninin dǝvǝtilǝ Tehrana sǝfǝr edib.

İrana tǝtbiq edilǝn beynǝlxalq sanksiyaların lǝğvindǝn sonra reallaşan ilk sǝfǝr iki ölkǝ arasındakı münasibǝtlǝr cǝhǝtdǝn ǝhǝmiyyǝt kǝsb edir.

15 ildǝn sonra İrana sǝfǝr edǝn ilk Hindistan baş naziri olan Narenda Modini Tehran Mehrabad hava limanında İranın iqtisadiyyat naziri Әli Tayyipniya qarşılayıb.

Modi orda ilk olaraq bir Sih mǝbǝdini ziyarǝt edib.

Modinin sǝfǝri zamanı iki ölkǝ arasında ǝmǝkdaşlığa dair önǝmli sazişlǝrin imzalanacağı gözlǝnilir.

Qeyd edǝk ki, Hindistan İrandan ildǝ 12 milyon tona yaxın xam neft satın alır.



Әlaqәli Xәbәrlәr