Azǝrbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub

Mayın 17-də Yunanıstanın Sǝlanik şəhərində Azǝrbaycan qazının Avropaya çatdırılmasına imkan yaradacaq Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub.

493077
Azǝrbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub

Mayın 17-də Yunanıstanın Sǝlanik şəhərində Azǝrbaycan qazının Avropaya çatdırılmasına imkan yaradacaq Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub.

Yunanıstanın baş naziri Aleksis Çipras ilǝ Enerji naziri Panos Skourletisin ev sahibliyi etdiyi mǝrasimdǝ Türkiyǝni enerji vǝ tǝbii sǝrvǝtlǝr naziri Bǝrat Albayrak tǝmsil edib.

Albayrak mǝrasimdǝ çıxış edǝrǝk deyib ki, tǝcrübǝsi vǝ bölgǝdǝki mövcudluğu ilǝ Türkiyǝ enerjidǝ ǝmǝkdaşlıq vǝ tǝhlükǝsizlik baxımından bu coğrafiyada önǝmli bir strateji halqa tǝşkil edir. Türkiyə TAP və TANAP layihələrinə sonadək dəstək göstərəcək.

TANAP vǝ TAP-ın bölgǝdǝ nüfuzlu vǝ etibarlı bazarlar yaratması ǝsasında uğurlu bir hekayǝsi olduğunu vurğulayan nazir tǝlǝb müxtǝlifliliyinin artırılması vǝ enerji tǝhlükǝsizliyinin tǝmin edilmǝsi mǝqsǝdilǝ Türkiyǝnin bütün iqtisadiyyat vǝ nǝzǝrǝ alınan layihǝlǝri müzakirǝ etmǝyǝ hazır olduğunu qeyd edib.

TAP üzrə işlərin cədvələ uyğun aparılacağına əminliyini vurğulayan Azǝrbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov isǝ bildirib ki, bu layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək. Y.Eyyubov deyib ki, “Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. TANAP-a qoşulacaq bu boru kəməri ilə ilkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.

Yunanıstanın Baş naziri Aleksis Tsipras tədbirdə çıxış edərək deyib ki, Trans-Adriatik qaz kəmərinin inşasına başlanması region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində bu layihənin böyük rol oynadığını vurğulayıb. Baş nazir deyib ki, bu layihə regionda əməkdaşlıq körpüsünü möhkəmləndirəcək və firavanlığı artıracaq.

Xatırladaq ki, Azǝbaycan qazını Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti işlərinə dair saziş imzalanıb. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr