İraqın qaz emali zavodunda intihar hücumu

Hücum Bağdadın təxminən 20 kilometr şimalında baş verib

491407
İraqın qaz emali zavodunda intihar hücumu

  İraqın paytaxtı Bağdadda dövlətə məxsus təbii qaz emalı zavoduna təşkil edilən bombalı hücumda aralarında polislərin də olduğu 18 adam həyatını itirib, 32 nəfər yaralanıb.

  Hücum Bağdadın təxminən 20 kilometr şimalında baş verib. Bomba yüklü və 6 intihar bombacısının olduğu 2 maşın zavodun girişində təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə yerinə onlarla polis və maşın göndərilib. Qarşıdurma təxminən bir saat davam edib. Zavodun qaz anbarlarının üçü alovlanıb.

  Bağdadın cənubunda da sakit keçməyib. Ordu birliklərinə aid yük maşını keçərkən bomba yüklü bir maşının partlaması nəticəsində 4 əsgər ölüb, 9-u yaralanıb.

  İraqın şimal və qərbindəki bəzi bölgələri nəzarət altına alan DAEŞ terror təşkilatı həftə boyu etdiyi hücumlarda təxminən 100 adamın ölümünə səbəb olub.

  Ölkədə DAEŞ terror təşkilatı ilə mübarizə davam edir.

  İraq Federal Polisi 2015-ci ilin əvvəlindən bu yana 3436 DAEŞ terrorçusunun öldürüldüyünü, 318 kənd və bir neçə şəhərin isə geri alındığını bildirib.



Әlaqәli Xәbәrlәr