Dəməşqə göndərilən humanitar yardım geri qaytarılıb

Suriyanın paytaxtı Dəməşq ərazilərində rejimin mühasirəyə aldığı Darayya bölgəsinə 2012-ci ildən bu zamana qədər ilk dəfə göndərilən humanitar yardım geri qaytarılıb.

489810
Dəməşqə göndərilən humanitar yardım geri qaytarılıb

Suriyanın paytaxtı Dəməşq ərazilərində rejimin mühasirəyə aldığı Darayya bölgəsinə 2012-ci ildən bu zamana qədər ilk dəfə göndərilən humanitar yardım geri qaytarılıb.

Ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), Suriya Qızıl Ay və Birləşmiş Millətlər Təşkilatının yardımları Darayyaya göndərilib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən verilən açıqlamaya görə, Suriya rejimi yardım karvanının əraziyə daxil olmasına imkan verməyib və geri göndərib.

Darayya bölgəsindəki İslam Şəhidləri Briqadasının mətbuat katibi Temmam Abdürrahim bildirib ki, rejim yardımı qəbul edəcəyini bildirsə də, son anda qəbul etməyib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik verdiyi açıqlamada humanitar yardımın əraziyə buraxılmamasının “qəbuledilməz” olduğunu bildirib.

"Bu addım Suriya hökumətinin daha əvvəl aldığı öhdəliklərin pozulmasıdır" deyən mətbuat katibi bu səbəblə BMT və  Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardım missiyasını ləğv etdiyini qeyd edib.

Digər tərəfdən, BMT Təhlükəsizlik Şurası Suriyada vətəndaşlara qarşı təşkil edilən hücumlarla əlaqəli İspaniya, Misir və Yeni Zellandiya tərəfindən hazırlanan bəyanatı qəbul edib.

Bəyanatda Suriyada son dövrdə vətəndaşlar və səhiyyə təşkilatlarına təşkil edilən hücumlar pislənərək, bəşəriyyət əleyhinə cinayət kimi qiymətləndirilib.  

DEAŞ və Əl Nusra tərəfindən həyata keçirilən terror aktlarının da qınandığı bəyanatda BMT Təhlükəsizlik Şurasının Suriyada siyasi keçid prosesini dəstəkləyən 2254 saylı qərarının tam olaraq tətbiq olunmasına çağırış edilib. 



Әlaqәli Xәbәrlәr