Suriyada ağır itki verən İran qoşunları geri qayıdır

Suriyaya göndərilən 25-ci Kərbəla diviziyasına bağlı əsgərlər bölgədən ayrılaraq ölkəyə qayıdıblar.

488332
Suriyada ağır itki verən İran qoşunları geri qayıdır

 İranlı Tələbələr İnformasiya agentliyinin (İSNA) xəbərinə görə, İnqilab Keşikçilǝrinin  sözçüsü Hüseyn Əli Rza Suriyaya göndərilən 25-ci Kərbəla diviziyasına bağlı əsgərlərin bölgədən ayrılaraq ölkəyə qayıtdığını bildirib.

 Hələbin cənubundakı Xan Tuman mahalında gedən döyüşlərdə həlak olan əsgərlərdən 12-nin cǝnazǝsinin müxalif qrupların əlində olduğunu və regiondakı münaqişələrǝ görǝ bunları ala bilmǝdiklǝrini bildirən Rza müalicəsi davam edən yaralı 21 əsgərdən 9-nun ölkəyə nəql edildiyini  açıqlayıb.

 Xan Tumanın qərb hissələrində Suriya rejiminə aid qüvvələr və müxalifət Fəth Ordusu arasında cümə günü baş verǝn qarşıdurmalardan sonra Xan Tuman tamamilǝ Ordunun əlinə keçmişdi.

 Qarşıdurmalar zamanı rejim və İran qüvvələri ağır itkilər vermişdi.

 İnqilab Keşikçilǝri Komandanlığı tǝrǝfindǝn verilǝn açıqlamalarda münaqişələrdə aralarında 2 yüksək səviyyəli komandir de olmaqla cəmi 15 İran əsgərinin öldüyü bildirilsə də müxalif mənbələr 50-dǝn artıq iranlı əsgər və milisin öldürüldüyünü iddia edir.

 İran mediası isə hadisəni "faciə" olaraq xarakterizə edir.

 Əsəd rejiminin Hələbdə atəşkəs qǝrarına baxmayaraq hǝyata keçirdiyi hücumları gözdǝn yayındıran İran rəsmiləri Suriyadakı müxalif qrupların tǝşkil etdiyi Fəth Ordusunun Hələbdəki atəşkəs qǝrarını pozduğunu, bu səbəbdǝn rejim qüvvələri və müttəfiqlərinin ağır itkilər verdiyini irǝli sürür.



Әlaqәli Xәbәrlәr