İrandan ABŞ-a qadağa

İran ABŞ-dan avtomobil idxalına  qadağa qoyub.

484794
İrandan ABŞ-a qadağa

İran ABŞ-dan avtomobil idxalına  qadağa qoyub.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi ABŞ-dan olan avtomobil idxalı lisenziyalarının ləğv edildiyini bildirib.

Qərar ölkənin dini lideri Ayətullah Xamneyinin Amerika markalı istehlak mallarının İrana daxilini tənqid edən çıxışdan sonra qəbul olunub.

Ayətullah Xamneyi, ötən həftə etdiyi çıxışda “Amerikalılar öz avtomobillərini həddindən artıq yanacaq istehlak etdiyi və kobud olduğu üçün istifadə etmirlər. İndi bizim, iflas olmuş Amerika zavodundan avtomobil almamızın heç bir mənası yoxdur" deyə bildirmişdi.

ABŞ Ali Məhkəməsi terror hücumlarında həyatını itirənlərin ailələrinə ödənməsi üçün keçən ay İranın bu ölkədəki 2 milyard dollar dəyərindəki mal varlığına əl qoymuş, bu hadisə iki ölkə arsında ciddi gərginliyə səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr