İraqda jurnalistlərə qarşı hüquq pozuntuları

İraqda son 1 ildə 9-u öldürmə hadisəsi olmaqla jurnalistlərə qarşı 477  hüquq pozuntu baş verib.

483820
İraqda jurnalistlərə qarşı hüquq pozuntuları

İraqda son 1 ildə 9-u öldürmə hadisəsi olmaqla jurnalistlərə qarşı 477  hüquq pozuntu baş verib.

 Sərhədsiz Jurnalistlər (RSF) təşkilatının İraqdakı ortağı Jurnalistika Azadlıqlarına Nəzarətevinin (JFO) yayımladığı hesabatda, ölkədə 2003-cü ildǝn bǝridir 294 jurnalistin öldürüldüyü bildirilib vǝ toqquşan tərəflərin jurnalistlərə qarşı hüquq pozuntularını artdığı qeyd edilib.

 Hesabatda terror təşkilatı DEAŞ-ın Mosul şəhərində 5, şǝxsiyyǝti hǝlǝ dǝ hələ müəyyən edilǝ bilmǝyǝn silahlı şəxslərin isə ölkənin paytaxtı Bağdad və Bəsrə şəhərində 4 jurnalisti öldürdüyü qeyd edilib.

 İraqın Baş naziri Heydər el-İbadinin mətbuat işçilǝrinǝ qarşı "hərbi hamiliyin” lǝğvi istiqamətində təlimat verdiyi xatırladılan hesabatda buna baxmayaraq jurnalistlərin hüquq-mühafizə orqanlarından alınması vacib olan və mürəkkəb bürokratik prosedurlara sahib olmadan çəkiliş və ya xəbər işlǝrilǝ mǝşğul ola bilmǝdiklǝri vurğulanıb.

 Mətbuat və İnformasiya Şurasının yerli və xarici peyk telekanallarına qarşı pis münasibət göstərdiyinə diqqət çəkilən hesabatda Şuranın paytaxtdakı El-Bağdadiyye və Əl-Cəzirə peyk telekanallarını bağlamaq istədiyinə toxunulub.



Әlaqәli Xәbәrlәr