Müqteda Əs Sədr tərəfdarları, Bağdadda “Yaşıl bölgə”dəki nümayişlərə son verib

İraqda, yeni  hökumətin qurulmasını  istəyən din adamı Müqteda Əs Sədr tərəfdarları, Bağdaddakı “Yaşıl bölgə”dəki nümayişlərə son verib.

482206
Müqteda Əs Sədr tərəfdarları, Bağdadda “Yaşıl bölgə”dəki nümayişlərə son verib

Hökumət binalarının olduğu “Yaşıl zona”da nümayişçilər, həcc ibadətinə hörmət əlaməti olaraq buradan ayrıldıqlarını açıqlayıblar. 

Qeyd edək ki, Şənbə günü də parlament binasına daxil olan Sədr tərəfdarları bir neçə saat davam edən nümayişdən sonra geri çəkilmişdilər. Hadisədən sonra Baş nazir Haydar İbadi parlamentə gedərək hadisəni təşkil edənlərin həbs edilməsi üçün təlimat vermişdi.    

Bu arada İraqın Əs-Səmava şəhərində terror aktı törədilib. Partlayışın ötən gün DEAŞ terror qruplaşması tərəfindən törədildiyi bildirilir. İki minalanmış avtomobilin partladılması nəticəsində 33 nəfər həyatını itirib, 75-i isə yaralanıb. Qeyd edək ki, DEAŞ terror qruplaşmasının bir gün öncə İmam Kazım türbəsində törətdiyi terror aktında isə 23 nəfər həyatını itirib, 40-ı isə yaralanıb.

 

 



Әlaqәli Xәbәrlәr