İraqın paytaxtı Bağdadda qalmaqal  davam  edir

Mukteda Əssǝdǝrin  çağırışına görǝ tǝrǝfdaşlarının   çoxu işğal etdikləri parlament binasından  ayrılsalar da  gǝrginlik davam  edir.

481747
İraqın paytaxtı Bağdadda qalmaqal  davam  edir

Minlərlə nümayişçi, Baş nazir İbadinin təqdim etdiyi yeni kabinet siyahısının parlamentdə müzakirəsi  daha  bir  dǝfǝ  tǝxirǝ  salındığı  üçün   küçələrə  axışıb. 

Hökumət binaları və parlamentin olduğu Yaşıl Bölgəyə  daxil olan  nümayişçilər parlament binasına daxil olaraq bir millət vəkilini döyüb, binadaki əşyaları  dağıdıb.

Parlamentdəki digər millət vəkilləri isə binanı  tǝrk  edǝrǝk   canlarını  xilas ediblǝr.

Yaşıl Bölgəyə xüsusi   tǝyinatçılar  cǝlb  edilmǝsinǝ  baxmayaraq nümayişçilərə müdaxilə edilmir. Ancaq  onların Amerika Səfirliyinə yaxınlaşmasının qarşısını almaq üçün havaya atəş  açılıb. Qaz bombası  istifadə edilib.  Bağdada   girişlǝr  isǝ    tǝhlükǝsizlik  qüvvǝlǝri  tǝrǝfindǝn  dayandırılıb.

Əs sǝdrın “çəkilin” çağırışına  görǝ    tǝrǝfdaşlarının  çoxu parlament  binasından  ayrılıb. 



Әlaqәli Xәbәrlәr