"Bunlar Əsəd rejiminin "iyrənc və əxlaqsız taktikalarının" nümunəsidir",C.Ernest

Ağ Evin rǝsmi nümayǝndǝsi Coş Ernest gündəlik mətbuat konfransında Hələbdəki hücumlara dair suala cavab verib.

480501
"Bunlar Əsəd rejiminin "iyrənc və əxlaqsız taktikalarının" nümunəsidir",C.Ernest

ABŞ Suriyanın Hələb şəhərində son sutka ǝrzindǝ müxaliflərə qarşı hǝyata keçirilǝn hava hücumlarını pisləyib və bunların Əsəd rejiminin "iyrənc və əxlaqsız taktikalarının" nümunəsi olduğunu bildirib.

 Ağ Evin rǝsmi nümayǝndǝsi Coş Ernest gündəlik mətbuat konfransında Hələbdəki hücumlara dair suala cavab verərkən bildirib ki, Hǝlǝbdǝ son 24 saatda 60-dan artıq adamın ölümünə səbəb olan hava hücumları və bombardmanları sǝrt şǝkildǝ qınayırıq.

 Xüsusilə “Sərhədsiz həkimlər” təşkilatına aid bir xəstəxanaya edilǝn hücum qarşısında dəhşətə gəldiklərini vurğulayan Earnest orda ən az 14 xəstə ilə 3 həkimin həyatını itirdiyini, həkimlərdən birinin şəhərdəki son uşaq həkimi olduğunu qeyd edib.

 Rejimin ötən həftə ərzində mülki müdafiə qoşunları daxil olmaqla bir çox hədəfə hücumlar təşkil etdiyini bildirǝn Ernest bunun Əsəd rejiminin yaralılara ilk müdaxiləni edǝn hǝkim briqadalarına qarşı hücumlarının iyrənc nümunǝlǝrindǝn biri olduğunu vurğulayıb.

 Ernest rejim qüvvǝlǝrinin bir çox hadisədə hücum təşkil etdikləri yeri hǝkim briqadalarının yardıma getdikdǝn sonra bir daha vurduğunu, bu günə qədər belǝ hadisǝlǝrdǝ 100-den artıq sǝhiyyǝ ǝmǝkdaşının həyatını itirdiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr